<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 «İsa» adı əzizdir, nurdur Onun sözləri,
 O yaşayır, diridir, ruhən görür gözlərim.

[C1]
   Dünyanın Allahısan, Sənsən Ulu Yaradan,
   Azad edən günahdan, bizləri Satınalan!

[V2]
 Məni seçdin dünyadan, Səndən olmaram kənar,
 Sənə böyük eşqim var, ruhum qəlbimdə çağlar.

[V3]
 Kəlamın qəbul edən Səni sevər ürəkdən,
 Sən sevinc mənbəyisən, Sən həmdlərə layiqsən.</lyrics>
<title>«İsa» adı əzizdir, nurdur Onun sözləri İL235</title>
<hymn_number>235</hymn_number>
</song>